“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri məlum oldu
“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Dandalk” (İrlandiya) səddini keçə bilməsə, mübarizəni Avropa Liqasında davam etdirəcək.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dandalk” səddini keçə bilməsə, Avroliqanın 3-cü təsnifat mərhələsində “Slovan” (Slovakiya) – “Feronikeli” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. “Köhlən atlar” mübarizəni bu mərhələdə davam etdirsə, ilk oyununu səfərdə keçirəcək.
Avropa Liqası, 3-cü təsnifat mərhələsi
Slovan (Slovakiya)/Feronikeli (Kosovo) cütünün qalibi – Dandalk (İrlandiya)/Qarabağ cütünün məğlubu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin