Seneqallı yenidən PSJ-nin “radar”ında

Fransanın PSJ klubu “Everton”un futbolçusu üçün hərəkətə keçir.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, “Everton”un 29 yaşlı futbolçusu İdrissa Queye yenidən Paris təmsilçisinin transfer hədəfindədir. PSJ futbolçu üçün İngiltərə klubuna bonuslardan əlavə 30  milyon avro təklif edir.

“Everton”un da futbolçunun ayrılığına müsbət yanaşdığı və 30 milyon avroluq təklifi qəbul edəcəyi bildirilir.

PSJ qış transfer pəncərəsi dövründə də seneqallı futbolçu üçün qarşı tərəfə iki dəfə təklif göndərmiş, amma hər iki təklif “Everton” tərəfindən rədd olunmuşdu.

2016-cı ildən “Everton”un şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button