Deşam Jirudan narazıdır

Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu Olivye Jirudan narazıdır.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb. Məlumata görə, fransalı mütəxəssis futbolçunu əzmsizlikdə ittiham edir. Deşam hesab edir ki, Jiru vacib Avropa çempionatı matçlarında komandaya kömək edə bilməyəcək. Futbolçu özü də komandaya yük olmaq istəmir və oyununu yaxşılaşdırmağa çalışır.

Jiru 2024-cü il Avropa çempionatının qrup mərhələsində üç oyunda qol vurmadan iştirak edib. Fransa yığması öz qrupunda ikinci yerdə qərarlaşıb və pley-offa vəsiqə qazanıb. Deşamın komandası 1/8 finalda Belçika millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button