Olimpiya Festivalına 12 cüdoçu ilə
İyulun 21-də Bakıda start götürəcək Yeniyetmələrin Avropa Olimpiya Festivalında Azərbaycanı 12 cüdoçu təmsil edəcək.
Komanda.az xəbər verir ki, həm oğlanlar, həm də qızlardan ibarət cüdo millimizin üzvləri 4 gün ərzində medallar uğrunda mübarizə aparacaqlar.
Avropa Olimpiya Festivalında cüdo yarışlarına iyulun 24-də start veriləcək. 3 gün baş tutacaq fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək. Ölkəmiz bu mötəbər yarışda 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunacaq.
Yeniyetmələrin Avropa Olimpiya Festivalında Azərbaycanın idman şərəfini qoruyacaq cüdoçular: Gülşən Bəşirova (44 kq), Səbinə Əliyeva (48 kq), Aytac Qardaşxanlı (57 kq), Nərmin Əmirli (70 kq), İsmayıl Qənbərli (50 kq), Şükran Zamanlı (55kq), Turan Bayramov (60kq), Mətin Rzazadə (66 kq), Vüqar Talıbov (73 kq), Məhərrəm İmamverdiyev (81kq), Ruslan Nəsirli (90kq), Huseyn Məmmədov (90+).
Bizi Facebook-da izləyin