“Mənə elə gəldi ki, Ronaldonun meneceri sevgilimə aşiqdir” – Tanınmış blogger
Blogger Sanne Josefson portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə xoşagəlməz görüşdən danışıb.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, tanınmış blogger Ronaldonun qarın əzələlərini qorumaq üçün yalnız su içməyə qərar verdiyini bildirib:
“Mənə elə gəldi ki, Ronaldonun meneceri mənim sevgilimə aşiqdir, ona görə də bizi içkiyə dəvət etdilər. Amma yaxşı söhbət olmadı. Biz içməyə bir şey almaq istədik, lakin Ronaldo imtina etdi. Qarın əzələlərini qorumaq üçün yalnız su içməyə qərar verdi. Sonra başa düşdüm ki, danışacaq heç bir şeyimiz yoxdur”.
Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. 39 yaşlı futbolçu ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatının bombardiri olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin