“Barselona” “Mançester Yunayted”in hücumçusunu icarəyə götürmək istəyir
“Mançester Yunayted”in hücumçusu Markus Reşford karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Barselona” ingiltərəli futbolçunun xidmətində maraqlıdır. Amma “Barsa” maliyyə çətinlikləri səbəbindən Reşfordun tam transferini ödəyə bilmir. Kataloniya klubu hücumçunu növbəti mövsüm üçün icarəyə götürməyə ümid edir.
26 yaşlı forvardın “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin