“Bavariya” yeni hücumçu aldı
Almaniyanın “Bavariya” növbəti transferini gerçəkləşdirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Almaniyanın gənclərdən ibarət yığmasının və “Ştutqart”ın hücumçusu Leon Dayakunu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
“Ştutqart”ın yetirməsi olan “Dayaku” geridə qalan mövsümdə bu klubun əsas komandasında 2 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin