“Barselona”nın futbolçuları Xavinin məşqindən narazı imişlər
“Barselona”nın bir qrup futbolçusu komandanın sabiq çalışdırıcısı Xavinin rəhbərliyi altında keçirilən məşq prosesindən narazı olub.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Mənbənin məlumatına görə, fevral ayında futbolçulardan biri digərinə məşq sayının az olmasından şikayətlənib. “Burada cəmi bir saat məşq edirsən, sonra evə gedirsən” deyə, komandanın oyunçularından biri narazılığını bildirib.
Futbolçular məşq prosesinin sərtləşdirilməsi xahişi ilə Xaviyə müraciət ediblər və keçmiş baş məşqçi onları dinləyib. Bundan sonra komandanın nəticələri xeyli yaxşılaşıb.
Xatırladaq ki, mövsümün sonunda Xavi baş məşqçi postundan uzaqlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin