“Real”ın qapıçısı klubunu dəyişir
Ukrayna millisinin qapıçısı Andrey Lunin növbəti mövsümdə “Real”da qalmaq istəmir.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, qapıçı Dortmund “Borussiya”sı ilə Çempionlar Liqasının final oyununda meydana çıxmamasından narazıdır. Buna görə də, ukraynalı futbolçu cari transfer pəncərəsi dövründə komandasını dəyişmək qərarına gəlib.
Lunin keçmək istədiyi komandanı da seçib. O, Madridin başqa bir klubuna – “Atletiko”nun sıralarına qoşulmaq istəyir. Madrid klubu qolkiperi 25 milyon avroya almağa hazır olsa da, “Real” ən azı 40 milyon avro istəyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin