PSJ-nin müdafiəçisi: “Zədə olmasaydı…”

PSJ-nin müdafiəçisi Milan Skrinyar Fransadakı debüt mövsümünü dəyərləndirib.

Komanda.az xəbər verir ki, slovakiyalı futbolçu “Ekip” nəşrinə açıqlama verib:

“Zədə olmasaydı, hamı PSJ-də debüt mövsümüm haqqında fərqli danışardı”.

Skrinyar son çempionatda topuğundakı zədə səbəbindən 9 matçı buraxıb. O, PSJ-nin ən çox maaş alan 5-ci oyunçusudur. Belə ki, 29 yaşlı müdafiəçi ildə 16 milyon avrodan çox qazanır.

Əvvəllər “İnter”də çıxış edən oyunçu ötən yay Luis Enrikenin komandasına azad agent kimi qoşulmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button