Xavi “Barselona”dan Levandovskiyə görə qovulub?

“Barselona”nın sabiq baş məşqçisi Xavi yay transfer pəncərəsi zamanı polşalı hücumçu Robert Levandovski ilə yollarını ayırmaq istəyib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin bu qərarı klubun prezidenti Xuan Laportanın onu qovmaq qərarına təsir edib.

35 yaşlı futbolçu son mövsümü 19 qol və 8 məhsuldar ötürmə ilə başa vurub. Amma bu qollardan çoxu “Barsa”nın titullar uğrunda mübarizəni dayandırmasından sonra vurulub.

Levandovski “Barselona”nın yeni baş məşqçisi olacaq Hans-Diter Fliklə “Bayern”də çalışıb. Məhz bu mütəxəssisin rəhbərliyi altında o, 2020/21 mövsümündə Bundesliqada 41 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button