Qvardiola keçmiş klubuna qayıdır?
“Bayern” rəhbərliyi komandanın sabiq baş məşqçisi Pep Qvardiolanı geri qaytarmaq istəyir.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, 2016-cı ildə komandadan ayrılan ispaniyalı mütəxəssislə əlaqə saxlanılıb. Qvardiolanın hələ də Münhendə mənzili var və tez-tez bu şəhərə baş çəkir.
Qvardiola 2013-2016-cı illərdə Münhen komandasına rəhbərlik edib və klubla 7 kubok qazanıb. O, hazırda “Mançester Siti”də çalışır.
Hazırda “Bayern”ə rəhbərlik edən Tomas Tuxel mövsümün sonunda klubdan ayrılacağını bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin