“Hakimə onun fəlakət olduğunu söylədim” – Xavi
“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə oyunundan (1:4) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunun baş hakimini tənqid edib:
“Çempionlar Liqasındakı səyahətimizin hakim səhvi ucbatından başa çatması təəssüf doğurur. Hakimə onun fəlakət olduğunu söylədim. Bu, reallıqdır”.
Kataloniya klubunun müdafiəçisi Ronald Arauxo 29-cu dəqiqədə kobud oyununa görə birbaşa qırmızı vərəqə alıb. İkinci hissədə Xavi də emosional olduğu üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin