“Real” ukraynalı futbolçu ilə danışıqları davam etdirir
“Real”ın qapıçısı Andrey Lunin klubu ilə müqavilənin uzadılması ilə bağlı danışıqları davam etdirir. Ukraynalı futbolçunun son oyunları klub rəhbərliyini razı salmağa davam edir.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, yaxın vaxtlarda Luninin müqaviləsinin uzadılması ilə bağlı xəbər gözlənilir.
Luninin Madrid klubu ilə müqaviləsi yaxın günlərdə uzadılmalıdır. Ukraynalı qolkiper ardıcıl yaxşı oyunlar nümayiş etdirir ki, bu da onun “kral klubu”na uzunmüddətli faydalı olacağına inamı gücləndirir.
25 yaşlı Lunin 2018-ci ildə “Zarya”dan “Real”a 8,5 milyon avroya keçib. O, bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib və 22 qol buraxıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bizi Facebook-da izləyin