Haland “Arsenal”la oyunu buraxa bilər

“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haland yığmanın məşqi zamanı zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

23 yaşlı futbolçu meydançadan axsayaraq çıxıb, məşqi vaxtından əvvəl başa vurub.

Haland Norveç millisinin Çexiya (22 mart) və Slovakiya (26 mart) ilə yoldaşlıq görüşlərini buraxa bilər. Hücumçunun İngiltərə çempionatının 30-cu turunun “Arsenal”la baş tutacaq oyununda iştirakı da sual altındadır.

Norveçli forvard bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 29 qol vurub və 6 məhsuldar ötürmə edib.

Haland 2019-cu ildən Norveç millisində çıxış edir. Onun millidə 29 oyunda 27 qolu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button