Luis Enrike: “PSJ-də çox xoşbəxtəm”

PSJ-nin baş məşqçisi Luis Enrike Paris klubundakı gələcəyindən danışıb.

Komanda.az “BeİN Sports”-a istinadən xəbər verir ki, ispaniyalı məşqçi Fransa klubunda çox xoşbəxt olduğunu bildirib:

“PSJ-də çox xoşbəxtəm. Komandaya qoşulduğum gündən klubun prezidenti və idarə heyəti tərəfindən sevgi hiss etdim. Hamımız uzunmüddətli layihə üzərində işləyirik. Hər şey yaxşı gedir”.

Enrikenin PSJ ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. İspaniyalı mütəxəssis komandanı 2023-cü il iyulun 5-dən çalışdırır.

Daha əvvəl mətbuatda Luis Enrikenin “Barselona”nın baş məşqçi postuna qayıda biləcəyi ilə bağlı məlumatlar yayılmışdı. O, karyerasının əvvəlində – 2014-2017-ci illərdə  kataloniyalıları çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button