Həbsdə olan Dani Alveş intihara cəhd edib?
“Barselona”nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveşin nümayəndələri futbolçunun intihara cəhd etməsi ilə bağlı yayılan xəbərləri təkzib ediblər.
Komanda.az xəbər verir ki, bu haqda “TNT Sports”-un jurnalisti Marselo Bekler məlumat verib:
“Dani Alveşin mətbuat ofisi oyunçunun vəkili ilə əlaqə saxladıqdan sonra son şayiələri təkzib etdi”.
Fevralın 22-də Barselona məhkəməsi 40 yaşlı müdafiəçini 2022-ci ildə yerli gecə klubunda qıza təcavüz etdiyinə görə 4,5 il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, futbolçunun mənəvi təzminat şəklində zərərçəkənə 150 min avro ödəməsinə qərar verilib.
Alveş, “Barselona”dan başqa, “Sevilya”, “Yuventus”, PSJ kimi klublarda da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin