Deku onu “Barselona”nın “sükanı arxasında” görmək istəyir
PSJ-nin baş məşqçisi Luis Enrike bu mövsümün sonunda “Barselona”dan ayrılacaq Xavini əvəzləmək üçün klubun idman direktoru Dekunun sevimlisidir.
Komanda.az xəbər verir ki, bu barədə “Cadena Ser” məlumat yayıb.
“Barselona”nın maliyyə problemləri Enrikenin təyinatına mane ola bilər, lakin Deku onu Xavinin yerinə ideal namizəd kimi görür.
Luis Enrikenin PSJ ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. İspaniyalı mütəxəssis 2023-cü il iyulun 5-dən Fransa komandasını çalışdırır.
Enrike karyerasının əvvəlində “Barselona”da çalışıb. O, 2014-2017-ci illərdə Kataloniya komandasına rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin