“Tam toparlanmaq üçün vaxt lazımdır” – Bojoviç
“Neftçi”nin baş məşçqisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:
“Oyun çətin keçdi. “Zirə” komanda şəklində oynayır. Bilirdik ki, az qol buraxırlar. Rza bir neçə epiozdda inamlı oynadı və bizi qollardan xilas etdi. 28 gündə 7 oyun keçirmişik. Deyə bilərik ki, 4 gündən bir matçımz olub. Komandaya məşqçi təyin olunanda zədəli oyunçular var idi. Konte, Moreno fasilənin bitməsinə 2 gün qalmış komandaya qoşuldu. Qara və Ozobiç çoxdandır oynamırdılar. Tam toparlanmaq üçün vaxt lazımdır”.
Bojoviç “Qarabağ”ın Avropa Liqasında “Braqa” üzərində qələbəsindən də danışıb:
“Qarabağ” Azərbaycan futbolunun nümayəndəsidir. Avropadakı qələbə Azərbaycan futbolunun səviyyəsini qaldırır. Burada işlədiyim müddətdə Avropada çıxış edən Azərbaycan klubunu dəstəkləyəcəm. Amma öz aramızda olan oyunda təbii ki, “Neftçi”nin qələbəsini istəyirəm”.
Akif Əhmədov
Bizi Facebook-da izləyin