Müller Tuxel haqda danışmaq istəmədi: “Biz bu barədə danışacaq insanlar deyilik”
“Bayern”in hücumçusu Tomas Müller Çempionlar Liqasının 1/8 finalında “Latsio” ilə oyunda məğlubiyyətdən (1:0) sonra komandanın baş məşqçisi Tomas Tuxelin mümkün istefası barədə danışmaq istəməyib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Müller nəticələrin yaxşı olmadığını bildirib:
“Biz oyunçular bu barədə danışacaq insanlar deyilik. Bu bir az hörmətsizlikdir. İndiyə kimi nəticələr çox da yaxşı deyil. “Bayern”də hər kəs bunun öhdəsindən gəlmək üçün çalışır. Biz bir yerdəyik”.
Bu komandalar arasında cavab görüşü martın 5-də Almaniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin