Minifutbol: “Zirə”ni son çempion da büdrədə bilmədi

Minifutbol üzrə Azərbaycan çempionatında 9-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 4 oyun keçirilib.

Turun mərkəzi matçında “Zirə” ilə “Birbaşa Bakı” üz-üzə gəliblər. İtkisiz irəliləyən “Zirə”ni son çempion da büdrədə bilməyib. Rəqibini 4:1 hesabı ilə məğlub edən “Zirə” xallarının sayını 27-yə yüksəldərək, liderliyini bir qədər də möhkəmlədib.

“Real Bakı” üzərində qələbə qazanan “Odlar Yurdu” 21 xalla “Birbaşa Bakı” ilə 2-3-cü yerləri bölüşdürür.

Azərbaycan çempionatı

9-cu tur

Veteran – Aznur 4:8

Real Bakı – Odlar Yurdu 3:6

Zirə – Birbaşa Bakı 4:1

Siyəzən – Turan 2:3

Turun digər görüşləri bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button