“Ronaldo həmişə kumirim olub” – “Mançester Yunayted”in hücumçusu

“Mançester Yunayted”in danimarkalı hücumçusu Rasmus Hoylund uşaqlığının əsas futbol qəhrəmanının kim olması ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, uşaqlıqda örnək aldığı əsas futbolçunun Kriştiano Ronaldo olduğunu söyləyib:

“Yəqin ki, Ronaldodur. Ueyn Runi və Karlos Teves də var, amma yenə də onu seçəcəm. Yadımdadır ki, onu “Mançester Yunayted”də izləyirdim, sonra “Real”da, “Yuventus”da olarkən, sonra İngiltərəyə qayıdanda onu yenə izlədim. O, həmişə mənim kumirim olub”.

Ronaldo 2021-2022-ci illərdə “Mançester Yunayted”də çıxış edib, sonra Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. 39 yaşlı portuqaliyalı 5 dəfə “qızıl top”u, 4 dəfə “qızıl buts”u qazanıb. O, Portuqaliya millisi ilə 2016-cı il Avropa çempionu və 2018/19 mövsümündə Millətlər Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button