Türkiyə mətbuatının iddiası: “Qalatasaray” “Qarabağ”ın müdafiəçisini istəyir
“Qarabağ”ın müdafiəçisi Toral Bayramov karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində “Qalatasaray” maraqlıdır. Bu barədə “Haber Global” məlumat yayıb.
İstanbul klubunun Azərbaycan millisinin üzvü üçün hərəkətə keçdiyi bildirilir.
Toral Bayramov bu mövsüm “Qarabağ”ın heyətində meydana çıxdığı 35 matçda 8 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin