“Reşford keçmişdə belə hərəkət edə bilməzdi”
“Liverpul”un keçmiş futbolçusu Qrem Suness “Mançester Yunayted”in hücumçusu Markus Reşford haqda danışıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü Reşfordun davranışını tənqid edib:
“Markus Reşfordun karyerasının çökməsini seyr edərkən pis oluram. Biz heç kimin belə davranmasına icazə verməzdik. Paltardəyişmə otağımızdakı digər peşəkarlar onu öldürərdilər. Ona səfeh, kənd axmağı deyərdilər. O, təqib və istehzaya məruz qalardı.
Düşünürəm ki, eyni reaksiya Aleks Ferqyusonun paltardəyişmə otağında da olardı. Reşford keçmişdə belə hərəkət edə bilməzdi”.
Yanvarın 25-də Reşford “Mançester Yunayted”in məşqindən bir neçə saat əvvəl gecə klublarından birində görüntülənib. Nəticədə, futbolçu məşqi və İngiltərə kubokunun 1/16 final mərhələsində “Nyuport”la oyunu (4:2) buraxıb.
Bizi Facebook-da izləyin