Ronaldo Messinin komandasına qarşı oynaya biləcək
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “İnter Mayami”yə qarşı yoldaşlıq matçında oynaya biləcək.
Komanda.az xəbər verir ki, daha əvvəl futbolçunun zədə səbəbindən görüşü buraxacağı bildirilirdi. Lakin bu gün Səudiyyə Ərəbistanı mediasında 38 yaşlı forvardın durumunun yaxşı olduğu, MLS təmsilçisi ilə oyunda meydana çıxa biləcəyi yazılıb.
38 yaşlı futbolçu bu gün fiziki hazırlıq üzrə məşqçi ilə məşq edib. Ona görə də, “Əl-Nəsr”in baş məşqçisi Luis Kastro Ronaldonu “İnter Mayami” ilə oyun üçün heyətə daxil etmək qərarına gəlib.
Komandalar arasında görüş fevralın 1-də keçiriləcək və saat 22:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin