Ramil Şeydayevin klubu “Roma”dan futbolçu alır
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi Rusiyanın “Dinamo” klubu heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, Moskva təmsilçisi “Roma”dan Jersonu transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Dinamo”nun 22 yaşlı yarımmüdafiəçi üçün “Roma”ya 10 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Jersonla “Dinamo” ilə yanaşı, Braziliyanın “Flamenqo” klubu da yaxından maraqlanır. 2016-cı ildə “Fluminense”dən “Roma”ya keçən Jerson, son mövsümü icarə əsasında “Fiorentina”da keçirib.
Son mövsümü “Krılya Sovetov”da keçirən Ramil, dünən “Dinamo” ilə 1 illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin