Minifutbol: Azərbaycan millisi dünya reytinqində ikinci pilləyə yüksəlib

Azərbaycan minifutbol millisi dünya reytinqində ikinci yerə yüksəlib.

Komanda.az xəbər verir ki, milli komanda 3 pillə irəliləyərək buna nail olub.

Yığma komandanın hesabında 3000 xal var. Dünya Minifutbol Federasiyasının (WMF) açıqladığı yeni reytinq cədvəlinə 4125 xalla Rumıniya başçılıq edir. İlk üçlüyü Macarıstan (2600 xal) qapayır.

Rumıniya son dünya, Azərbaycan isə Avropa çempionudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button