“Atletiko” Kokeyə yeni müqavilə təklif edib
“Atletiko” kapitanı Kokeyə yeni müqavilə təklif edib.
Komanda.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi 32 yaşlı futbolçu ilə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmaq istəyir. İspaniyalı yarımmüdafiəçinin klubda qalmağa razı olduğu vurğulanıb.
Ancaq “Atletiko” futbolçunun maaşını azaltmağı düşünür. Koke hazırda həftədə 300 min avro qazanır.
Koke karyerası ərzində təkcə “Atletiko”da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin