“Beşiktaş” norveçli futbolçu ilə razılığa gəlib

Cari mövsümdə qeyri-sabit nəticələrlə azarkeşlərini məyus edən “Beşiktaş” transfer çalışmalarına start verib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralalar” “Adana Dəmirspor”la yollarını ayıran Yonas Svenssonla razılıq əldə edib. İstanbul təmsilçisi 30 yaşlı yarımmüdafiəçini 2,5 illik müqavilə əsasında heyətinə qatacaq. Transferin yaxın günlərdə rəsmiləşəcəyi bildirilir.

Yonas Svensson 2021-ci ildən “Adana Dəmirspor”da çıxış edir. Bu müddət ərzində 84 matçda forma geyinən norveçli futbolçu 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button