Ən çox zərər etmiş İngiltərə klubları məlum olub

İngiltərə Premyer Liqasında çıxış edən klubların son üç mövsümün açıq hesabatına əsasən maliyyə səmərəliliyinin reytinqi tərtib edilib.

Komanda.az “LondonWorld” nəşrinə istinadən xəbər verir ki, bu müddət ərzində ən çox zərər etmiş komandalar açıqlanıb.

Birinci pillədə maliyyə pozuntularına görə 10 xalı silinən “Everton” qərarlaşıb. Mersisayd təmsilçisinin 520 milyon funt sterlinq zərər göstəricisi var.

İlk 3-lükdə “Çelsi” (409 milyon funt sterlinq) və “Aston Villa” (306,6 milyon funt sterlinq) yer alıb. “Mançester Yunayted” 302,3 milyon funt sterlinq zərərlə 4-cü, “Fulhem” isə (197,5 milyon funt sterlinq) 5-ci olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button