Runi istefaya göndərildi

Ueyn Runi “Birmingem”in baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, Çempionşip təmsilçisi komandanın pis nəticələrinə görə ingiltərəli mütəxəssislə yollarını ayırıb. Klubun yaxın vaxtlarda rəsmi açıqlama yayacağı gözlənilir.

Ueyn Runi 2023-cü ilin oktyabrından “Birmingem”i çalışdırırdı. Komanda onun rəhbərliyi altında 15 oyun keçirib, 2 qələbə qazanıb, 3 matçda uduzub və 4 oyunda heç-heçə edib.

“Birmingem” hazırda Çempionşipin turnir cədvəlində 20-ci yerdədir. Dünə komanda səfərdə “Lids”ə 0:3 hesabı ilə uduzub. “Birmingem” ardıcıl 5 rəsmi oyundur ki, qələbə qazana bilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button