“Mənim ürəyim hələ də Nigeriyadadır” – Adeyemi

Dortmund “Borussiya”sının və Almaniya millisinin cinah oyunçusu Kərim Adeyemi gələcəkdə Nigeriya yığmasında oynayıb-oynamayacağı ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Nigeriya yığmasının yaxşı oyunçuları olduğunu bildirib:

“Əlbəttə! Bu, böyük gələcəyi olan böyük komandadır. Onların yaxşı oyunçuları və gözəl keçmişi var. Mənim burada köklərim var. Atam buradandır və ürəyi hələ də burada, Nigeriyadadır. Və təbii ki, mənim ürəyim hələ də Nigeriyadadır”.

21 yaşlı futbolçu bu mövsüm “Borussiya”nın heyətində bütün turnirlərdə 18 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button