PSJ Neymarın yerini onunla dolduracaq

PSJ Neymarın komandadan ayrılacağı ehtimalına qarşı ona əvəzləyici tapıb.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi “Lill”dən Nikolas Pepeni transfer etmək niyyətindədir. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə, PSJ-nin Neymarın ayrılacağı təqdirdə, Pepeni transfer edəcəyi bildirilir. “Lill” Pepe üçün 90 milyon avro tələb edir.

2017-ci ildən “Lill”in şərəfini qoruyan Fil Dişi Sahilindən olan futbolçu, son mövsümdə iştirak etdiyi 41 oyunda 23 qolla yadda qalıb. Onun klubla müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button