“Bu, möhtəşəm 60 dəqiqə idi, fantastik idi” – Emeri
“Aston Villa”nın baş məşqçisi Unay Emeri Premyer Liqanın 19-cu turunun “Mançester Yunayted”lə oyununu (2:3) şərh edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, komandasının çox yaxşı çıxış etdiyini bildirib:
“Bu, möhtəşəm 60 dəqiqə idi, fantastik idi. Matça nəzarət etdik və çox yaxşı oynadıq. Birinci hissədən sonra paltardəyişmə otağında dedik ki, bir qol vursaq, geridönüş ola bilər. Çox yaxşı mübarizə apardıq, amma qol vura bilmədik. Sonra 20 dəqiqə ərzində üç qol vurdular. Bu, rəqibin ən yaxşı anı idi. Onlar əla oyunçuları olan çox yaxşı komandadırlar. Biz bununla barışmalıyıq. İndi yeganə məqsədim şənbə günü “Bernli” ilə matçla mövsümün ikinci yarısına başlamaqdır”.
“Mançester Yunayted” Premyer Liqada 3 matçlıq qələbəsiz (2 məğlubiyyət və 1 heç-heçə) seriyasını qırıb. Erik ten Haqın komandası 31 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. “Aston Villa” 39 xalla 3-cü pillədədir.
Bizi Facebook-da izləyin