“Atletiko” satışa çıxarılır

“Atletiko”nun baş direktoru Migel Anxel Gil Marin və prezidenti Enrike Serezo klubun satılması prosesinə başlayıblar.

Komanda.az “La Sexta”-ya istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi artıq ilk danışıqları aparıb. Əsas variant klubu “Mayami Delfinlərin” sahibi Stiven Rossa satmaqdır.

“Atletiko” hazırda 34 xalla İspaniya çempionatının turnir cədvəlində dördüncüdür. Komanda həmçinin Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button