“Arsenal” axtardığını İsveçrədə tapdı
Yeni mövsüm üçün müdafiəçi axtarışlarını davam etdirən “Arsenal”, 21 yaşlı futbolçu üçün hərəkətə keçir.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular” İsveçrənin “Bazel” klubunun futbolçusu Eray Cömerti heyətinə qatmağı planlaşdırır. Türk əsilli isveçrəli müdafiəçi üçün 9 milyon avroluq təklif hazırlayan London klubunun tezliklə hərəkətə keçəcəyi bildirilir.
İsveçrənin U-21 milli komandasının kapitanı olan Eray, son mövsümdə iştirak etdiyi 31 oyunda 2 qol, 2 məshuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin