ÇL: “Daha ayıq-sayıq olmalı idik”
“Napoli”nin baş məşqçisi Valter Matsarri Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Real”a məğlubiyyəti (2:4) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandanın hesab 2:3 olana qədər yaxşı oynadığını deyib:
“Üçüncü qolu buraxmazdan əvvəl özümüz üçüncü qolu vurmaq şansları yaratdıq. Biz “Real”ın əks-hücumlarda nə qədər yaxşı olduğunu başa düşdük və daha ayıq-sayıq olmalı idik. Hesab 2:3 olana qədər həqiqətən yaxşı oynadıq. Çox böyük oyunçu seçimi var və çox uğurla oynaya bilərdik”.
Madrid klubu daha əvvəl pley-offa vəsiqəni təmin edərək C qrupunda 15 xalla liderliyini davam etdirir. “Napoli” 7 xalla ikinci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin