“Vilyarreal”ı Yunanıstan klubuna dəyişdi
Yunanıstanın “Olimpiakos” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, sözügedən klub “Vilyarreal”ın müdafiəçisi Ruben Semedonu transfer edib. Bu barədə Yunanıstan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bu transfer yunanlara 4,5 milyon avroya başa gəlib. 25 yaşlı portuqaliyalı futbolçu ilə imzalanan müqavilənin detalları barədə isə məlumat verilmir.
“Sportinq”in yetirməsi olan Semedo, “Vilyarreal”a 2017-ci ildə transfer olunub. O, geridə qalan mövsümü isə icarə əsasında “Hueska”da keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin