“Sabah”ın baş məşqçisi olmasam, Azərbaycan millisini çalışdırmaq mənim üçün şərəf olardı”
“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ev oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu gün hər iki komanda əla oyun göstərdi. Əla atmosfer var idi. Futbolçularımın oyundan sonra əllərini sıxdım. Meydanda can qoydular. “Qarabağ”la oyunda belə səhvlər etməməlisən.
Elvin Camalov niyə oynamadı? Hazırda Aleksey İsayevlə Kristian da Silva yaxşı formadadırlar. Bu üzdən bu oyunda onlara şans verməyi üstün tutdum. Nicat Mehbalıyev son iki oyunda çox yaxşı çıxış edir. Ona iradım yoxdur. Komandaya çox çətin vəziyyətlərdə kömək edir”.
Musayev Azərbaycan millisinin baş məşqçisi postuna namizəd göstərilməsinə də münasibət bildirib: “Sabah”ın baş məşqçisi olmasam, mənim üçün şərəf olardı. Azərbaycan millisində çox yaxşı futbolçular var. Onlara uğurlar arzu edirəm”.
Akif Əhmədov
Bizi Facebook-da izləyin