Deşam Mbappeni niyə ehtiyatda saxlayıb?

Fransa millisinin baş məşqçisi Didye Deşam Kilian Mbappenin AÇ-2024-ün seçmə mərhələsində Yunanıstanla oyuna (2:2) ehtiyatda başlamasının səbəbini açıqlayıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, matçdan əvvəl bunu fransalı hücumçu ilə müzakirə etdiyini bildirib:

“Oyundan əvvəl Kilianla bunu müzakirə etmişdim. Mən bu həftə sonu matçları olacaq futbolçuların qayğısına qalmaq üçün hər şeyi etdim. Çempionlar Liqası gələn həftə davam edəcək. Biz oyunçuları zədə riski ilə üz-üzə qoymaq istəmirik”.

Mbappe ikinci hissənin ortalarında meydana çıxıb.

Fransa yığması 22 xalla B qrupunda birinci yerdə qərarlaşıb. Yunanlar 3-cü yeri tutublar və pley-offda çıxış edəcəklər. Pley-off oyunları 2024-cü ilin martında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button