“Adiyev millinin baş məşqçisi kimi qalacaq” – Federasiya prezidenti
Qazaxıstan Futbol Federasiyasının prezidenti Adilet Barmenkulov milli komandanın baş məşqçisi Maqomed Adiyevin postunu tərk etməyəcəyini bildirib.
Komanda.az “Metaratings”-ə istinadən xəbər verir ki, Barmenkulov baş məşqçinin dəyişməyəcəyini deyib:
“Maqomed Adiyev millinin baş məşqçisi kimi qalacaq. İndi onunla birlikdə futbolumuzun inkişafı üçün böyük plan cızırıq. Elə layihələr var ki, bizim sistemə və strategiyamıza uyğun olaraq işləmək lazımdır”.
Rusiyalı mütəxəssisin rəhbərliyi altında AÇ-2024-ün seçmə mərhələsinin H qrupunda üçüncü yeri tutan Qazaxıstan yığması noyabrın 20-də Sloveniya millisinə uduzub (1:2) və birbaşa Avropa çempionatına vəsiqə şansını itirib.
46 yaşlı Adiyev 2023-cü ilin aprel ayından Qazaxıstan millisinə rəhbərlik edir.
Bizi Facebook-da izləyin