“Bayern” “6 nömrə” axtarır
“Bayern”in idman direktoru Kristof Freund Münhen klubunun qış transfer pəncərəsi ilə bağlı planlarını bölüşüb.
Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, o, hansı mövqelərə oyunçular axtardıqlarını söyləyib:
“Çətin mövzudur. Sağ cinah müdafiəçi mövqeyinə futbolçu dəvət etsəydik, onda son vaxtlar orada çıxış edən və yaxşı nəticə göstərən Konrad Laymer adi yarımmüdafiəçi mövqeyinə qayıda bilərdi. Biz həmçinin mərkəz müdafiəçiləri, sağ cinah müdafiəçiləri və “6 nömrə” oynaya biləcək oyunçulara baxırıq. Üstəlik, Afrika kuboku, eləcə də müdafiəçilər Nussair Mazraui və Kin Min Jaenin gedəcəyi Asiya kuboku yaxınlaşır”.
“Bayern” Almaniya çempionatının 11 turundan sonra 29 xal toplayaraq turnir cədvəlində birinci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin