“Neftçi”nin Türkiyədə ikinci rəqibi müəyyənləşdi
“Neftçi”nin Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, “ağ-qaralar” “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Rumıniyanın “Politexnika İaşi” klubu ilə qarşılaşacaq.
Əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 25-də yox, 26-da keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.
Xatırladaq ki, “Neftçi” ilk sınaq matçında “SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın “Vorskla” klubu ilə sonuncu yoxlama oyununa çıxacaq “ağ-qaralar” iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin