10 aylıq cəza alan futbolçu ayaqlarının sındırılacağı ilə hədələnib

İtaliya Futbol Federasiyası “Nyukasl”ın və İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonalini mərc oynadığı üçün 10 ay müddətinə futboldan uzaqlaşdırıb.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, italyan yarımmüdafiəçi “Milan”da çıxış etdiyi zaman komandasının oyunlarına mərc edib. O, indi 3 milyon avro borcunun olduğunu etiraf edib. 23 yaşlı futbolçu borclu olduqlarının onun ayaqlarını sındıracaqları ilə hədələdiklərini bildirib.

Diskvalifikasiyaya görə Tonali İngiltərə Premyer Liqasının qalan mövsümünü, eləcə də, İtaliya millisi vəsiqə qazana bilsə, AÇ-2024-ü buraxacaq.

Xatırladaq ki, bundan əvvəl “Yuventus”un futbolçusu Nikolo Faqioli mərc araşdırması zamanı adı çəkilən ilk futbolçu olub və artıq 7 aylıq diskvalifikasiya olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button