Arda Gülər “Real”da məşqlərə başlayıb
Müdafiəçi David Alaba və yarımmüdafiəçi Arda Gülər “Real”ın əsas qrupunda məşqlərə qayıdıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, hər iki futbolçu La Liqanın 10-cu turunda “Sevilya” ilə matçda iştirak edə biləcək.
Alaba sentyabrın sonlarında İspaniya çempionatının 7-ci turunun “Las Palmas”la oyununda (2:0) zədələnib. Türkiyəli Arda Gülər isə sentyabrın 26-da məşq zamanı omba nahiyəsindən zədə alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin