“Turan Tovuz”la oyun istədiyimiz kimi alındı”
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov bu gün “Turan Tovuz”la keçirilən yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə bunları söyləyib:
“Hazırkı məqamda yoldaşlıq oyunu keçirmək vacib idi. Çünki fasilə zamanı bəzi yükləmələr vermişdik, oyunlar zamanı müşahidə elədiyimiz çatışmazlıqlar var idi ki, onları aradan qaldırmaq istiqamətində işlər görmüşdük. Uşaqları təzyiq altında oynatmaq istədik. İki fərqli hissə keçirdik. Oyun istədiyimiz kimi alındı. Əsas odur ki, görüşü zədəsiz başa vurduq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin