“Belçika, Azərbaycan və Estoniyanı məğlub etməliyik” – Svanberq

Futbol üzrə İsveç millisinin yarımmüdafiəçisi Mattias Svanberq AÇ-2024-ün seçmə mərhələsində keçirəcəkləri oyunlar barədə danışıb.

Komanda.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi final mərhələsinə vəsiqə şanslarının az olmasına baxmayaraq, hələ də ümidini itirmir: “Seçmə mərhələnin sonuna hələ üç oyun qalır. Qarşıdakı turlarda Belçika, Azərbaycan və Estoniyanı məğlub etməliyik. Hazırda yalnız həmin qarşılaşmalarda qələbə qazanmaq barədə düşünürük. Avropa çempionatı kimi böyük turnirlərdə iştirak etmək istəyirik. Bunun üçün hər şeyi edəcəyik”.

Oktyabrın 16-da Belçikanın qonağı olacaq İsveç yığması noyabrın 16-da Azərbaycanla səfərdə, 19-da isə Estoniya ilə evdə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button