“Barselona”nın futbolçusu sıradan çıxıb
“Barselona”nın futbolçusu Qavi zədələnib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İspaniya millisinin heyətində məşq zamanı sıradan çıxıb. Buna görə də, yarımmüdafiəçi yığmanın düşərgəsini erkən tərk edib.19 yaşlı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.
İspaniya millisi növbəti matçlarını Şotlandiya (12 oktyabr) və Norveçə (15 oktyabr) qarşı keçirəcək. Hər iki görüş AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oynanılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin