“Hakken”in baş məşqçisi: “Azərbaycanlılar yaxşı müdafiə olunmağı bacarırlar”
“Azərbaycanlılar yaxşı müdafiə olunmağı bacarırlar”.
Komanda.az xəbər verir ki, bu sözləri İsveçin “Hakken” klubunun baş məşqçisi Per-Matias Hoqmo “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci tur matçından sonra deyib.
O, Azərbaycan çempionunun heyətində iki futbolçunu xüsusi fərqləndirib:
“Birinci hissədə oyunumuz yaxşı alınırdı. Amma getdikcə “Qarabağ”ın futbolçularının təcrübəsi özünü göstərməyə başladı. Xüsusən də, müdafiəçiləri Kevin Medina və Mateus Silva qol vurmağımıza imkan vermədilər. Eduard Çilufya iki epizodda fərqlənməyə yaxın olsa da, hücum qolla nəticələnmədi. Bu cür matçlarda ələ düşən imkanlardan yararlanmalısan”.
Norveçli mütəxəssisin fikrincə, qarşılaşmanın hakimləri iki epizodda kobud səhvə yol verib:
“Matçın əvvəlində penaltinin verilməməsi mənə təəccüblü gəldi. Marko Yankoviçin dirsəklə oyunçumuzu vurduğu epizodda da qırmızı vərəqə verilməli idi. Üstəlik, meydanda çox dayanmalar oldu, 7 dəyişiklikdən istifadə edildi. Amma baş hakim əsas vaxta cəmi 3 dəqiqə əlavə etdi”.
İki turdan sonra “Qarabağ” 6 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in hesabında xal yoxdur.
Bizi Facebook-da izləyin