İngiltərə klubu avrokuboklarda rekorda imza atıb

“Vest Hem” Avropa yarışlarında 17 matçlıq məğlubiyyətsizlik seriyasını davam etdirən ilk İngiltərə klubu olub.

Komanda.az “Opta Sports”-a istinadən xəbər verir ki, oktyabrın 5-də Avropa Liqasının qrup mərhələsində ingilislər “Frayburq”u 2:1 hesabı ilə məğlub edərək, qələbə qazanıblar. Beləliklə, klub 17 məğlubiyyətsiz matçla rekorda imza atıb ki, bura təsnifat mərhələsi oyunları da daxildir.

“Vest Hem” hazırda 6 xalla Avropa Liqasının A qrupunda birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button